adalet.az header logo
  • Bakı 11°C
07 Yanvar 2020 15:53
15973
GÜNDƏM
A- A+

“Azərişıq” ASC-yə yeni sədr təyin edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Vüqar Əhmədovun "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Vüqar Cəbrayıl oğlu Əhmədov "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilsin.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Vüqar Əhmədov "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.