adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Yanvar 2020 15:38
7721
GÜNDƏM
A- A+

Bayram günlərində qatarla 30 minə yaxın sərnişin daşınıb

Bayram günlərində ölkədaxili sərnişin qatarları vasitəsilə 29 min 203 sərnişin daşınıb.

Bu barədə Adalet.az -a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. Bildirilib ki, onlardan 9074 nəfəri Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarında hərəkət edib. Sərnişinlərin mənzil başına rahat, təhlükəsiz çatması üçün müvafiq tədbirlər görülüb.

"Sərnişinlərin bütün istiqamətlərdə süni qiymət artımı ilə rastlaşmadan, heç bir maneəsiz gediş-gəlişi təmin olunub. İstirahət günlərində beynəlxalq marşrut üzrə daha çox tələbat Bakı-Tbilisi-Bakı qatarına olub. Həmin müddətdə beynəlxalq sürət qatarına sxemdən əlavə 71 vaqon qoşulub və 7608 sərnişin daşınıb. Belə ki, adi günlərdə Bakıdan və Tbilisidən orta hesabla 200 sərnişin daşınırdısa, bayram günlərində bu rəqəm 957 nəfər təşkil edib. Yanvarın 5-də isə qatar vasitəsilə Tbilisidən ölkə ərazisinə 728 nəfər gəlib", - deyə məlumatda qeyd olunub.