adalet.az header logo
  • Bakı 11°C
07 Yanvar 2020 15:21
14188
MƏMLƏKƏT
A- A+

Bakıda ölümə səbəb olan içkini satan mağaza sahibi tutuldu

Bakıda zəhərlənərək ölən şəxsin spirtli içkini haradan aldığı məlum olub.

Report-un xəbərinə görə, araşdırma zamanı dünyasını dəyişmiş Yusif Hüseynovun spirtli içkini 8-ci kilometr bazarında topdan satış mağazasından aldığı müəyyən edilib.

Daha sonra spirtli içkini satan mağazanın sahibi Səlim Seyidov saxlanılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Y.Hüseynov zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb. Onun spirtli içkidən zəhərlənərək öldüyü məlum olub.