adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Yanvar 2020 15:08
22452
ŞOU-BİZNES
A- A+

Xəstəxanaya yerləşdirilən Flora Kərimova: Ölməmişəm

Hazırda vəziyyətim yaxşıdır. Ölməmişəm.

Adalet.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında 78 yaşlı Xalq artisti Flora Kərimova səhhətinin pisləşməsi və xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

"Müayinə üçün mütəmadi olaraq xəstəxanaya gedirəm. Dörd dəfə insult keçirmişəm. Bu dəfə də durduğum yerdə başım gicəlləndi. Bizimkilər qorxduqları üçün məni xəstəxanaya apardılar.

Sonra da bu xəbərlər çıxdı. İki gün xəstəxanada qaldım. İndi isə evdəyəm.Müayinədən sonra hər şeyin qaydasında olduğunudedilər”,- Xalq artisti bildirib.

Flora Kərimova həkimlərdənrazı qaldığını qeyd edib:

"Həkimlərdən çox razıyam. Onlara güvənirəm. Hər birinə təşəkkür edirəm”.