adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Yanvar 2020 14:29
16199
MƏMLƏKƏT
A- A+

Kamran Əsədov: Sizin qızınız varmı?

Sizin qızınız varmı? Mənim iki qızım var, biri 8, o biri də 6 yaşının içində. Sağlıq olsun, İnşallah üçüncüsü də fevral ayında olacaq.

Siz heç onların əllərinin necə pambıq kimi yumşaq olduğunu bilirsiz?

Siz heç qızların saçlarını daramısız? Mən hər dəfə darayıram, saçlarından gələn ətir qoxusu..insanı dünyanın ən xoşbəxti edir.

Qapının zəngini sıxanda içəridən onların səslə qapıya qaçması, boyları çatmadığına görə stolu sürüyə-sürüyə gətirib üstünə çıxıb sevinclə qapını açıbqucağına qaçması bilirsiz nədir?

Hər axşam onlar yatanda laylal əvəzi "Sarı Gəlin"i oxuyuram və bir nağıl danışıram. Bu 8 ildir ki, davam edir.

Mən onlara çay süzəndə stəkanın istisi əllərini yandırmasın deyə, nəlbəkiyə süzüb üfürürəm..

Hər gün onlarla birlikdə dərslərini oxuyub, oyunlar oynayırıq. Və onların üzündəki sevinc.. gülüş... ondan dəyərli və qiymətli heşnə yoxdu..

Amma bizim cəmiyyət qızları, qadınları ancaq özünün cinsi ehtiracını ödəmək üçün görür. Özünə qul, kölə görür.

Bir qızın yandırılması...Bu dəhşətdir... axşamdan özümə gələ bilmirəm. Qızlarımı möhkəm qucaqladım..

Çünki onları savadsız, cahil, cəngərlik qaydası ilə yaşayan cəmiyyət gözləyir.

Azyaşlı qızlara qarşı törədilən istənilən əməl ən ağır şəkildə cəzalanmalıdır.

Qıza, qadına əla qaldırmaq? Ona təpik, yumruq atmaq, onu yandırmaq, döymək heç kimin haqqı deyil.

Qadına yalnız bir şəxs təpik, yumruq ata bilər, onda bətnindəki uşaq, o da ki, dünyaya gələndə qədər...
Görəsən niyə cəmiyyət bu qədər iyrənc oldu? 11 yaşlı qız uşaqlığından nə istədi bu toplum?

Onun pambıq kimi əlləri, gözəl saçları ilə birlikdə insanlıq da yandı... təkcə onun gələcəyi, arzuları yanmadı.

Qızlarımızı qoruyaq.. Onlara qarşı istənilən şiddət hesab olunan hərəkətə görə ən ağır cəza təyin olunmalıdır.