adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
07 Yanvar 2020 14:18
22101
MƏMLƏKƏT
A- A+

Tanrı heç kimi xanımının yanında utandırmasın

Restoranların birində qəribə bir hadisə yaşanır. Hər kəs qəfildən bir kişinin telefonda danışarkən sevinclə qışqırdığını eşidir. Daha sonra həmin şəxs ofisianta müraciətlə "Burada olan hər kəsi kababa qonaq edirəm. 18 il fasilədən sonra ata olacam! deyir.

Hadisədən bir neçə gün sonra həmin restorandakı adamlardan biri uzun fasilədən sonra ata olacağını deyən və hər kəsi kababa qonaq edən şəxsin yanında 3-4 yaşlarında bir uşaqla filmə bilet aldığını görür. Bir az daha müşahidəetdikdən sonra uşağın ona "ata” dediyini də eşidir. Bundan sonra marağı daha da böyüyür və onlara yaxınlaşaraq situasiyanı anlamağa çalışır.

Kişi utana-utana məsələnin əsasını izah edir: "Həmin gün yaxın masada yaşlı bir cütlük əyləşmişdi. Yaşlı qadın menyuya baxdıqdan sonra yoldaşına dedi ki, kaş ki kabab sifariş edə bilsəydik. Yoldaşı qadının üzünə baxmağa cəsarət etmədən ancaq sup ala biləcək qədər pullarının olduğunu dedi. Bunu eşidəndə elə bil, başımdan aşağı qaynar su töküldü. Mən də özümü yalandan telefonla danışırmış kimi göstərərək, hər kəsə kabab sifariş verdim”.

Bunları dinləyən və gözləri dolan kişi "Niyə hamıya yemək sifariş verdin” deyə soruşur. O "Mən bütün var-dövlətimin getməsinə razıyam, amma bir insanın qürurunun zədələnməsinə razı ola bilmərəm. Əgər təkcə onlar üçün sifariş etsəydim, kişi yoldaşının önündə utana bilərdi. Ona görə də hər kəs üçün sifariş etdim” deyir. 

Günay Tehranqızı