adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Dünyanın ilk bankı – Kapalıçarşı

20065 | 2020-01-07 14:08

560 ildir ki, mədəniyyət, tarix və ticarətin beşiyiolan Kapalıçarşı İstanbulun, Türkiyənin və dünyanın ən vacib simvollarındanbiridir. Dünyanın ilk bankı olmağı ilə xüsusilik qazanan Kapalıçarşı bu günayda 3,5 milyon ziyarətçiyə ev sahibliyi edir. "İstanbul Ticarət Odası”nınçıxardığı "Keçmişdən gələcəyə Kapalıçarşı” kitabından yola çıxaraq yüzillərdirayaqda duran Kapalıçarşının keçmişinə bir səyahət etdik.

Kapalıçarşıbundan düz 560 il əvvəl Fateh Sultan Məhmət tərəfindən inşa etdirildi. Üstü damvə qübbələrlə örtülü, minlərlə dükanın yerləşdiyi tarixi alış-veriş mərkəziindi hər ay 3,5 milyon ziyarətçiyə ev sahibliyi edir.

İlk adı Cəvahir

İlk adı "ÇarşuyiKəbir” idi, yəni "Böyük bazar”. İki hissədən ibarət idi. İlk hissənin adı Cəvahiridi. Buradan əldə olunan gəlir Ayasofyaya verilməklə Fateh Sultan Məhmətəburaxılmışdı. Padşah daha sonra bura müxtəlif dükanlar və alış-veriş dəzgahlarıəlavə etdirməklə ticari həyatın mərkəzi halına gətirdi.

İkinci hissəninadı isə "İç bazar” idi. 1461-ci ildə tikilən bu hissə vəqflərə gəlir əldə etməküçün açıldı. Burada hələ də yorğançı, çuxaçı, qaşıqçı, təkkəçi adı iləxatırlanan küçələr bu günümüzdə də varlıqlarını davam etdirirlər.

Nə zəlzələ, nə də yanğın onu yıxa bilmədi


Hamınınqapısı olan Kapalıçarşı danışa bilsəydi nə deyərdi əcəba? Çox güman 1460-lardanbu yana başına gələnləri danışardı. Bəlkə dəfələrlə çıxan yanğınları, zəlzələdəziyan görməyini, bəlkə də yaşadığı dəyişiklikləri bir-bir söyləyərdi. Bu tarixiəsərin yüzillər ərzində başına gəlməyən iş qalmadı. Ömür boyu döyük dəyişiklikləryaşayan Kapalıçarşı böyük uğurlaa imza atması ilə yanaşı, bir çox zəlzələ gördü,yandı, amma hər dəfəsində ayaqda durmağı bacardı.

İlk Bank

Kapalıçarşı iqtisadiyyataqatqısı ilə birgə ticarət mədəniyyətinə qazandırdıqları ilə də önə çıxdı. Buxüsusiyyəti ilə eyni zamanda dünyanın ilk bankı da Kapalıçarşı idi. Bankların hələvar olmadığı o dövrdə Kapalıçarşının iş adamlarına (əsnaflarına) kilolarla qızıl əmanət edilirdi.Bu xüsusiyyətiilə İstanbul ticarət leksikonunda "Kapalıçarşı əsnafı” sözünün doğulmasına zəminyaratdı.

Dövrünün dizayn mərkəzi

Hələ də 61küçəsi, 22 çöl qapısı olan Kapalıçarşının ən vacib özəlliklərindən biri dədövrünün dizayn mərkəzi olmağı idi. Osmanlının ilk dizayn siyasətləri təşkilarıkimi qəbul olunan "Əhli-hırəf”in sənətkarları yeni dizaynlarını TopqapıSarayında sərgiləyirdi. Hər sənətin ən baş ustalarından ibarət "Əhli-hırəf”dəxüsusilə zərgərlər ön plana çıxdı. Həttao dövrdə xəttatlar, qazançılar 3 min axçaqazanır, ən az maaş alan ustalar isə dülgərlər və qazançılardan ibarət idi.Onlar da 500 axça alırdılar.

Ayda 3,5 milyon ziyarətçi

2001-ci ildəaparılan hesablamaya görə, Kapalıçarşıda yerləşən 3285 dükan və küçələr 1,5milyard dollar dəyərindədir. Kapalıçarşı dünya üzrə turistik zona kimi önsıralardadır. Hal-hazırda Kapalıçarşıda 20 min adam işləyir. Bazar günləribağlı olur.

TƏQVİM / ARXİV