adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
09 Yanvar 2020 08:36
94838
ŞOU-BİZNES
A- A+

“Ombalı” müğənnilərin sayı artır - Təfərrüatlar...

Vaxtı ilə ombasını böyütdürən Hollivud ulduzlarının, xarici şou biznes nümayəndələrinin xəbərlərini ya televiziyalardan, ya da, moda və şou-maqazin dərgilərindən izləyirdik. Avropaya intiqrasiya etdikdən sonra artıq belə nüansları canlı-canlı da izləmək imkanımız yarandı. Artıq bizim şou-biznes əhli də omba böyütmə yarışına girişiblər.

Əslində gözəl formalı ombalara sahib olmaq hər bir qadının arzusudur. Bu səbəbdən cazibədar görünüş istəyən bəzi qadınlar yaraşıqlı ombalar naminə plastik əməliyyata belə, getməyə hazırdırlar. Son vaxtlar – təxminən 2-3 ildir ki, böyük ombalar bizdə də dəbə minib. Bu səbəbdən yan əzələlərini (arxanı)böyütməküçün bir çox qadınlar müxtəlif üsullara əl atırlar. Məsələn, kimsə, xüsusi idman hərəkətləri edir, kimisi bu məqsədlə buraxılan xüsusi cins şalvarlar geyinir, kimisi isə əməliyyata razılaşırlar. Bildiyiniz kimi müğənnilərdən Roza Zərgərli , Xatun Əliyeva və Xatirə İslam bir müddət bu mövzu ilə əlaqədar gündəmi məşğul elədilər. İddialara görə, adıgedən müğənnilər ombalarına piy vurduraraq, onları əməliyyatla böyüdüblar.



Bu günlərdə isə sosial şəbəkələrdə daha bir müğənninin əməliyyat etdirdiyi ilə bağlı söhbətlər dolaşır. Beləki, əməkdar artist Könül Kərimova paylaşdığı fotolarda artıq piylərdən xilas olduğu və ombasını böyütdürürdüyü aydınca hiss olunsa da, o, plastik əməliyyat etdirdiyini hamıdan gizlədir.

Buna baxmayaraq, sosial şəbəkə istifadəçiləri israrla iddia ediblər ki, sənətçi əməliyyatla ombasını böyüdüb. Onlara açıqlama verməyən K.Kərimova bununla bağlı ona verilən sualların qarşısını almaq üçün şəkillərinin bəzilərində şərh bölümünü bağlayıb.

Görünən odur ki, belə əməliyyatları etdirən və xarici görkəminə əl gəzdirən müğənnilərin sayı artıq çoxalıb. "Xeyirlisi” deməkdən başqa ayrı söz tapa bilmədik.

Əntiqə Rəşid

Adalet.az