adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Cahillərin lotuluğu - Soner Yalçın

15982 | 2020-01-07 12:10

Araşdırma aparmayanın danışmaq haqqı yoxdur!

Amma… Maşallah sosial mediada bircə araşdırma etmədən, araşdırmalarıoxumadan nə çox "bilmiş” var! Adamı yandıran isə bunların "universitet məzunu”olmalarıdır.

Qustav Flober"Bovard və Pekyuçe” əsərində bu durumun gülünclüyündən yazır.

Bovard iləPekyuçe bilgisizliklərindən qaynaqlanan sərhədsiz "gözütoxluq”la hər mövzuyaburunlarını soxan iki dostdur. Flober qələmə aldığı bu iki dostun vasitəsilədövrünün elmini, fəlsəfəsini, ədəbiyyatını, siyasətini göstərib.

Sosialmediadakı insanların vəziyyəti də belədir təəssüflər olsun ki. Hamısı özündənçox əmin və qürurlu hallarıyla hamıya həddini bildirirlər.

Heçmieşitmədilər ki, bilməmək ayıb deyil, öyrənməmək ayıbdır?

Ancaq...

Cahil özünütanıyırmı? Cahilliyinin fərqindədirmi? Xeyr.

Cəhalət atəşisosial medianı ağuşuna alıb. Əslində bir yandan baxanda yaxşı olur; sosialmedia hər kəsə güzgü tutur, kimlərin cahil olduğu üzə çıxır.

Ölkəmizin əslproblemi cəhalətdir. Və içlərində "oxumuş”u çoxdur.

Gerçəyi başadüşmək üçün əvvəlcə oxumaq, öyrənmək lazımdır. Fəqərt görürük ki, hökm verəncəhalətin kültürünə kitab lazım deyil. Onlar hər şeyi bilirlər!

Bəli...Cahilliyin yaratdığı hər cür qabalıq və lotuluq dörd bir tərəfimizi işğal edib.


Dilimizə uyğunlaşdıran Eminquey

TƏQVİM / ARXİV