adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
07 Yanvar 2020 10:40
27189
MƏMLƏKƏT
A- A+

Azərbaycana fəsillərin gəlmə vaxtı açıqlandı

AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2020-ci ildə fəsillərin ölkəmizə daxilolma vaxtlarını açıqlayıb.

Adalet.az xəbər verir ki, bu il yaz fəslinin ölkəmizə qədəm qoyması martın 20-də yerli vaxtla saat 07:49-a təsadüf edəcək və gecə ilə gündüz bərabərləşəcək.

İyunun 21-də saat 01:43-də yay, sentyabrın 22-də saat 17:30-da payız ölkəmizə daxil olacaq. Bu halda Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.

Qış fəsli isə dekabrın 21-də saat 14:02-də Azərbaycana qədəm qoyacaq. Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olacaq və Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirəcək.