adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: O İLLƏRİN ARXASINCA BAXMA...

FAİQ QİSMƏTOĞLU
51075 | 2019-12-30 13:06

... İllər də qatar kimidi. Gəlib keçdi, ona çatmaq olmur.Elə bil fikrimi dəqiq ifadə eləyə bilmədim. Qatara bəzən "stopkran”ı qırmaqlaçatmaq olur. Amma ötən günlərə, ötən həftələrə, ötən aylara heç vaxt, heç kəsçata bilməyib. Hələ Yer üzündə elə bir oğul peyda olmayıb ki, ötən bir günü, ötənbir həftəni, ötən bir ili tutub saxlaya bilsin. Yaxud da həmin illərə dönsün. Hərşey Ulu Yaradanın ixtiyarındadı. Yalnız o nəyisə dəyişə bilər, nəyisə geri çəkər,nəyisə də qabağa ötürər...

... Hər təzə ilgələndə sevinirik. Ən azından ona görə ki, yeni ilin ovqatını, ab-havasını, ətriniyaşayırıq. Qışın öz gözəlliyi, payızın öz rəngi, yazın öz ətri və yayın da öz nəfəsivar. Bunların birinin yeri səhv düşsə, dünya məhvərindən çıxmasa da, rəngini,tutumunu, çəkisini dəyişər. Və həmişə də belə deyək də, ən gözəl fəsil yazdır vəyaz olsa belə bunun özü də darıxdırıcı çıxar. Və nə yaxşı ki, Yaradan hər şeyiöz yerinə, öz məqamına uyğun düzüb-qoşub! Dünya sivilizasiyası təbiətə də öz təsirinigöstərir. Bəzən görürsən ki, qışın ortasında bir yaz havası hiss olunur. Yaxudyazın ortasında bir qış havasının nəfəsi duyulur. Təbiəti də bu günə qoyan,onun altını üstünə çevirən və yerbəyerindən tərpədən insanlardı. Belə deyək də,Allahın qurduğu sistemi qoparanda, dağıdanda, o dağıtdığımız dünyanınağrı-acısı bumeranq kimi gəlib bizi tutur...

... Axı yeni ildəndanışırdım. Bu yeni ilin ovqatı hamının həyatında özünü göstərməlidir. Mənyaxşı, nikbin notları deyirəm. Dekabrın 30-da saat 10:15-də metronun "Neftçilər”stansiyasından qatara mindim. İçəri keçib gözəl bir xanımın yanında əyləşdim. Oqədər gözəl xanım idi ki, çoxları ona baxırdı. Amma mən başımı qaldırıb bir dəfədə olsun o xanıma baxmadım. Çünki Allah-Təala o xanımı öz sevdiyi üçün yaradıbvə təbii ki, onun da sevəni var. Mən heç də o xanımın gözəlliyindən söhbətaçmaq istəmirəm...

... Düşündüm ki,yeni ildi. Görüm, insanların çöhrəsində təbəssüm var, ya yox?! Başıbağlı birqadın fikirli-fikirli gözlərini bir nöqtəyə zilləmişdi. Allah bilir o nədüşünürdü. Orta yaşlı bir qadının isə sir-sifətindən zəhər-zəhrimar tökülürdü.Başqa bir yaşlı kişinin çöhrəsində sanki həyat donmuşdu. Dedim bəlkə səhər-səhərdi,ona görə insanların ovqatı belə yaxşı deyil. Çünki indi istəyirsən varlı ol,istəyirsən kasıb, daşıdığın yük həddindən artıq çox ağırdı. Yəni insanın çiyinləribu yükə tab gətirmir. Yükə tab gətirməyən çiyin isə həmişə ağırlığın altındaolur. Heç o adam gülə bilərmi?

Qatardakı əksərgənclər isə mobil telefonla məşğul idi. Amma yaşlı bir kişinin kefi kökidi. Elə bil axşamdan yaxşı "vurmuşdu”,nəvələri də yanındaydı. Yeni il şənliyinə gedirdilər. Bunu o yaşlı kişinindanışığı və uşaqların əlindəki hədiyyələri deməyə əsas verirdi. Nə isə...

... Birdənqatarda operatorun fərqli səsi eşidildi: "Növbəti stansiya Qara Qarayev”. Sözündüzü, bu fərqli səsi eşidəndə qatardakı adamların hamısı yuxudan, fikirdənayılırmış kimi özünə gəldi. Və çöhrələrdə bir təbəssüm yarandı. Sonrakıstansiyalarda da sərnişinlər fərqli-fərqli səslər eşitdilər. Hətta məşhurrejissor Aqil.M.Quliyevin səsi qulağımıza gəldi və stansiyanın adını qeyd etməkləyanaşı, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə sərnişinləritəbrik etdi.

... Qəzetimizindizayneri, tələbə-dostumuz Şəmsəddin müəllimin oğlu Şamxal Şəbiyev də adi günlərdətez-tez rusca deyirdi ki, "pozdravlyaems novom qodom, i den solidarnosti”. Amma indi dekabrın 30-du, Gülərlə məngözləyirəm ki, Şamxal müəllim bizi təbrik edəcək, ondan səs çıxmır. ÇünkiŞamxalın başı qarışıb Əbülfət Mədətoğluna, əmisinin yoldaşının rəhmətə getdiyinəgörə, başsağlığı verməyə. Heç Əbülfət müəllim də bunu heç kimə bildirmək istəmir.Deyir ki, yeni il qabağı dostlarımın qanını qaraltmaq istəmirəm. Amma Gülər də,mən də, Şamxal da Əbülfət müəllimə "keçmiş olsun”, deyirik, dünyasını dəyişmişxanımın məzarı nurla dolsun!

Məşhur tamada"Evləri köndələn yar”da Surxayzadənin (xalq artisti Yaşar Nuri) sözü ilə demişolsaq, yeni ildə belə kədərli anları yada salmaqla kimlərinsə yarasının qaysağını qoparmaq istəmirik. YenəŞamxal Şəbiyev mənə söz atır. Deyir ki, Faiq müəllim, yaman basıb bağlayırsan.O belə deyəndə yadıma böyük Ramiz Rövşənin"Fatmanını oğlu İsmayıl”ın şeiri düşür. Çünki Fatmanını oğlu İsmayıl da Bakıdankəndə gedəndə basıb bağlamağı varmış. Və gəlib görür ki, heç şəhər onundüşündüyü kimi yer deyilmiş. Burda hər şey saxtaymış. Nə varmış elə kənddəymiş.Ona görə də yenidən kəndə qayıdır...

... Biz istəsəkdə, istəməsək də yeni il gələcək və ömrümüzə, günümüzə qədəm basacaq. Köhnə ildə bizdən zaman-zaman uzaqlaşacaq. İllər gəlib keçəcək, biz insanların isə həril ötdükcə bir yaş da ömrümüzün üstünə əlavəolacaq. Demirəm qocalacağıq ha, deyirəm ki, hər hər yeni il ömrə bir naxışvuracaq...

Bu illər ki, varçox gözəl, çox qəşəngdi. Sadəcə olaraq, hər ili gözəl yaşamaq lazımdı. Nolsunki, üzümüz gülmür... nolsun ki, istədiymizi tapa bilmirik... nolsun ki,bazarlıq eləməyə və səbəti doldurmağa pulumuz çatmır. Əsas odur ki, canımızsağdı, ayaq üstə dura bilirik, yeriməyi bacarırıq...

... Yeriməyibacarırıqsa, ayaq üstə dururuqsa, yaşamağı da bacarmalıyıq. Bax, belə ha!Üzünüzdə, çöhrənizdə təbəssüm yaradın! İnşallah, üzünüz güldüyü kimi, ürəyinizdə sevinər! Təki günəş olsun! Təki həyat olsun! Təki Azərbaycan olsun! Yeniiliniz mübarək!!!..


TƏQVİM / ARXİV