adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Dekabr 2019 10:39
22374
MƏMLƏKƏT
A- A+

“Azərenerji” ASC bayram günlərində iş rejimini daha da gücləndirəcək

İlin 365 günü 24 saat fasiləsiz olaraq elektrik enerjisi istehsal etdiyindən hər zaman növbətçilik prinsipi ilə fəaliyyət göstərən "Azərenerji” ASC Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə bağlı iş rejimini daha da gücləndirəcək. Bununla bağlı qabaqlayıcı tədbirlər görülüb.

"Azərenerji” ASC-dən Adalet.az-a verilən məlumata görə, enerjisistemin dayanıqlığı və etibarlığını qorumaq, istehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək məqsədi ilə mərkəzi aparat üzrə məsul şəxslərdən ibarət xüsusi növbətçilik təşkil edilib, eyni zamanda elektrik stansiyaları və sistem əhəmiyyətli yarımstansiyalara birbaşa məsul şəxslər təyin edilib. Yüksək gərginlikli ötürmə xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib. Regional və Birləşmiş Dispetçer Xidmətlərinin əməliyyat heyətlərinin işini, o cümlədən mühəndis-kommunikasiya, rabitə xətlərinin mühafizəsinin gücləndirilməsi təmin edilib.

"Azərenerji” ASC bayram münasibətilə Azərbaycan xalqını təbrik edir, firəvan həyat, işıqlı və uğurlu gələcək arzulayır.