adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Dekabr 2019 10:30
21349
MƏMLƏKƏT
A- A+

Sabahdan bir həftə iş olmayacaq

Sabahdan Azərbaycanda Yeni il bayramı ilə əlaqədar bir həftəlik tətil başlayır.

Adalet.az xəbər verir ki, dekabrın 31-dən 2020-ci ilin yanvarın 6-a qədər ölkədə qeyri-iş günü olacaq. Yanvarın 7-si, çərşənbə axşamı isə rəsmən iş günüdür.

Qeyd edək ki, Baş Nazir Əli Əsədov iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında Qərar imzalayıb. Qərara əsasən, 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib.