adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Dekabr 2019 10:11
34267
DÜNYA
A- A+

Putin və Merkel telefonla danışıqlar aparıb

Rusiya Prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Azvision.az Kremlin saytına istinadən xəbər verir ki, liderlər "Şimal axını-2”, Liviya və Suriyadakı vəziyyət, Donbasda girovların mübadiləsinə dair məsələləri müzakirə ediblər.

Putin və Merkel "Şimal axını-2” layihəsinə gələcəkdə dəstəklərini bir daha təsdiqləyiblər. Gələn ilin yanvarından Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı danışıqlarda irəliləyiş olduğunu qeyd ediblər.

Liderlər Suriya və Liviyadakı vəziyyəti, həmçinin Almaniya və BMT-nin vasitəçiliyini müzakirə ediblər, böhranın həlli üçün səyləri artırmağı razılaşdırıblar.

Bundan əlavə, Putin və Merkel Donbasda məhbusların mübadiləsini müsbət qiymətləndiriblər.