adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
28 Dekabr 2019 15:51
36105
SAĞLAMLIQ
A- A+

Gömrük Hospitalında uşaqlar üçün xüsusi aksiya keçirilir

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Mərkəzi Gömrük Hospitalında sosial aksiya keçirilir.

Adalet.az xəbər verir ki, Uşaqlar üçün keçirilən "Sağlam Nəsil” endirimli aksiyadada yaşı 16-ya qədər olan uşaqlar üçün bütün ambulator tibbi xidmətlərə 50% endirim tətbiq edilib.Artıq səhər saatlarında etibarən 100-dən çox uşaq həkim müayinəsindən keçib.

Pediatr Fərəh Vahabova keçirilən sosial aksiya ilə bağlı bildirib ki, müraciət edən yeniyetmə uşaqlarda əsasən qan azlığı, iştahsızlıq, qarın ağrıları və s şikayət ediblər. Müraciətlər 2-16 yaş arasında olan uşaqlar arasında olub. Artıq səhər saatlarında çox sayda müraiət qeydə alınıb.
Maraqlı məqamlardan biri də gün ərzində Mərkəzi Gömrük Hospitalına müraciət edən hər bir uşağa simvolik olaraq şar hədiyyə olunmasıdır. Bu da uşaqlar arasında böyük sevincə səbəb olur.

Mərkəzi Gömrük Hospitalının həkim-sonoloqu Günay Əhmədova da keçirilən sosial aksiyanı yüksək qiymətləndirib. Qeyd edib ki, gün ərzində qarın ağrıları kimi müraciətlər olub. Bütün pasiyentlər yoxlanılaraq müvafiq müayinələr yazılıb.

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalı 7/24 rejimində çalışır və "Sağlam Nəsil” endirimli aksiya gecə saat 12. 00-a kimi kimi davam edəcək.