adalet.az header logo
  • Bakı 13°C
28 Dekabr 2019 15:07
13084
GÜNDƏM
A- A+

Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1611 namizəd müraciət edib

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1611 namizəd müraciət edib.

Adalet.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, namizədlərin 293 nəfəri 17 siyasi partiya tərəfindən irəli sürülüb.

MSK sədrinin sözlərinə görə, 20 siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydiyyata alınsa da, hələ ki 17 siyasi partiya namizəd irəli sürüb.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək.