adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Dekabr 2019 12:55
15315
MƏMLƏKƏT
A- A+

Abşeronun bu kəndində qaz olmayacaq

Bu gün Abşeron rayonunun Digah kəndində qazın verilişi məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, saat 12:00-dan etibarən Abşeron rayonunda yerləşən "Digah” Qaz Paylayıcı Stansiyasında sayğac quraşdırılması ilə əlaqədar Digah kəndində yaxın 2 saat ərzində qazın verilişində məhdudiyyətlər tətbiq olunacaq.