adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Dekabr 2019 11:30
26143
DÜNYA
A- A+

Qəzaya düşən təyyarənin “qara qutusu” Moskvada açılacaq

Qazaxıstanda qəzaya uğramış "Bek Air” aviaşirkətinə məxsus təyyarənin "qara qutu”su açılması üçün Dövlətlərarası Aviasiya Komitəsinə veriləcək.

Adalet.az "Kazinform”a istinadən xəbər verir ki, təyyarənin uçuş qeydləri istintaq qrupu tərəfindən götürülüb.

Məlumata görə, bu gün axşam Moskvadan ekspertlər Almatıya gələcək. Sabah isə "qara qutu" açılması üçün Moskvada Dövlətlərarası Aviasiya Komitəsinə təhvil veriləcək.

Xatırladaq ki, dekabrın 27-də Qazaxıstanın Almatı şəhərində baş vermiş təyyarə qəzasında 15 nəfər ölüb, 66 nəfər yaralanıb. Bu gün ölkədə milli matəm elan edilib.(azvision.az)