adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Dekabr 2019 10:50
9714
GÜNDƏM
A- A+

Azərbaycanda dövlət hesabına hüquqi yardım 3 dəfə artırılıb

Azərbaycanda dövlət hesabına hüquqi yardım 3 dəfə artırılıb.

Adalet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda vəkilliyə olan münasibət bir çox ölkələr üçün nümunədir:

"Dünyada çox az ölkə var ki, orada vəkil günü xüsusi qeyd olunur. Həmin az ölkələr sırasında Azərbaycan da var. Bu da özlüyündə məhkəmə hüquq sahəsində aparılan islahatların ən vacib şərtlərindəndir".

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə hər il dekabrın 28-i Azərbaycan Respublikasında "Vəkil günü” peşə bayramı kimi qeyd ediləcək.

xəbər yenilənəcək