adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Dekabr 2019 16:40
14684
HADİSƏ
A- A+

Polis 17 minə yaxın partlayıcı oyuncaq və pirotexniki məmulatlar aşkarlayıb

Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai qaydanın, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına yönəldilmiş hərəkətlərin, eləcə də yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaqların və pirotexniki məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən "Yeni il” ərəfəsində əhalinin ciddi narazılığına səbəb olan, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə dekabrın 16-dan 25-dək paytaxtın Qaradağ, Nəsimi, Sabunçu, Xəzər və Abşeron rayonları ərazilərində tədbirlər keçirilib. Nəticədə ayrı-ayrı fiziki və hüquqi şəxslərdən ümumilikdə 17 min ədədə yaxın yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaq və pirotexniki məmulatlar aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.