adalet.az header logo
  • Bakı 18°C
27 Dekabr 2019 16:21
13698
GÜNDƏM
A- A+

Bahar Muradova: “Qoy güclülər qalib gəlsin”

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar seçkilərdə iştirak edəcək namizədlərinin siyahısı bəllidir.

Adalet.az xəbər verir ki, hələlik rəsmi məlumat açıqlanmasa da, YAP-ın siyahısında Milli Məclisin hazırki vitse-spikeri Bahar Muradovanın adının olmadığı bildirilir.

B.Muradova sosial şəbəkə hesabında bununla bağlı fikirlərini bölüşüb: "Bu günlər Yeni Azərbaycan Partiyasının namizədlər siyahısına olan diqqətlər birmənalı şəkildə ölkə gündəminə damğasını vurdu. Və nəhayət erkən parlament seckilərində iştirak edəcək namizədlərimiz bəllidir. YAP İdarə Heyətinin bu gün keçirilən iclasında rəsmən təsdiq olundu. Qələbəyə köklənmişik. Qoy güclülər qalib gəlsin".