adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
27 Dekabr 2019 16:00
14525
GÜNDƏM
A- A+

Sahib Ələkbərov: On bir ayda 776 səyyar vergi yoxlaması aparılıb

Bu ilin 11 ayında 776 səyyar vergi yoxlaması aparılıb.

Adalet.az-ın məlumatına görə, bu barədə dekabrın 27-də 2020-ci ilin yanvarından Vergilər Məcəlləsinə ediləcək dəyişikliklərə həsr olunan mətbuat konfransında Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Nazir müavini qeyd edib ki, ölkəmizdə vergi siyasəti, o cümlədən vergi uçotunun dürüstləşdirilməsi, yoxlamaların aparılması və digər sahələrdə ciddi nailiyyətlər əldə edilib. Səyyar vergi yoxlamaları sahəsində köklü dəyişikliklərə imza atılıb. Belə ki, əgər əvvəlki illərdə səyyar yoxlamaların sayı 10 minlərlə ölçülürdüsə, ötən il onların sayı 1532 olub.