adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Dekabr 2019 07:41
20887
GÜNDƏM
A- A+

Mənsum İbrahimov təkzib etdi

Mətbuatda Azərbaycanın Xalq artisti Mənsum İbrahimovun YAP tərəfindən Ağdam 119 saylı seçki idarəsindən parlament seçkilərinə namizədliyinin irəli sürməsilə bağlı xəbər yayılıb. 

Məsələ ilə bağlı Adalet.az-a açıqlama verən M.İbrahimov bildirib ki, "Mən hal-hazırda ölkədə deyiləm, 4 gündür Türkiyədə qastroldayam, mənim tərəfimdən belə bir təşəbbüs irəli sürülməyib, yazılanlar həqiqətə uyğun deyil".