adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 Dekabr 2019 12:43
33149
DÜNYA
A- A+

“Sülh Çeşməsi” əməliyyatı ilə terrordan təmizlənən Rəsulaynda Milad bayramı qeyd olunub

"Sülh Çeşməsi” əməliyyatı ilə terrordan təmizlənən Rəsulaynda Milad bayramı qeyd olunub.

Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada, "Sülh Çeşməsi” əməliyyatı ilə terrordan təmizlənən Rəsulayn şəhərində yaşayan xristianların yeni il münasibətilə kilsədə Milad bayramını qeyd etdiyi bildirilib.

Açıqlamada dini ayinlərini sülh və əmin-amanlıq şəraitində keçirdiklərini dilə gətirən insanların "Biz - müsəlman, xristian, şiə, kürd, druz, ərəb - hamımız qardaşıq. Burada ibadətlərimizi edirik. Əmin-amanlıq və ədalət gətirdiyi üçün, bizi PKK/YPG-dən xilas etdiyi üçün Türkiyə dövlətinə və türk əsgərinə təşəkkür edirik” - ifadələri qeyd olunub.

Qeyd edək ki, Türkiyə "Sülh Çeşməsi” əməliyyatı ilə bölgədə əmin-amanlığı bərqərar etməyə davam edir.