adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: DÜNYANIN ƏN TƏRBİYƏLİ ADAMI

FAİQ QİSMƏTOĞLU
51479 | 2019-12-30 07:05

... Dünyanındağı, daşı, gülü, çiçəyi, ormanı, düzü, səhrası... olduğu kimi, insanın da müxtəlifxarakterləri var. Və insan da bəzən elə təbiətin özünə bənzəyir; gülə, çiçəyə,dağa, daşa, qayaya oxşayır. Və bu insanlar hərəsi öz xarakteri, öz tərbiyəsi,öz hərəkətlərilə fərqlənirlər. Sözün həqiqi mənasında yaxşıları və təmizləri hərzaman, hər an barmaqla göstərirlər. Yəni belə tərbiyəli, ziyalı, əxlaqlı vəsavadlı insanlar min adamın içində olsa da seçilirlər...

... Onlarinsanlara münasibəti, oturuşu, duruşu və ən nəhayət, səmimiyyətlərilə yaddaqalırlar. Belə adamları görəndə düşünürsən ki, İlahi, nə yaxşı o insanlar var vəo insanlar dünyanın ən ağır yükünü çiynində daşıyır və heç kimə də yükolmurlar. Bu insanlar hamı tərəfindən sevilir, hörmət edilir və məclislərdəyerləri yuxarı başda olur. Onları vəzifələrinə, pullarına və var-dövlətlərinəgörə yox, sadəcə olaraq, təmizliklərinə, tərbiyələrinə və səmimiyyətlərinə görəhamı çox istəyir.

... Qırx ildənçox tanıdığım şair-jurnalist, istedadlı publisist, tərbiyəsinə və əxlaqına görəhəmişə qarşısında baş əydiyim MahmudQacar da belə böyük ziyalılardan biridi. Mən çox istedadlı adamlar görmüşəm.Amma Mahmud Qacar kimi tərbiyəli, əxlaqlı, səmimi insana az-az rast gəlmişəm.Onlar barmaqla sayıla bilər və onlar heç vaxt özündənrazı, iddialı hərəkətləretməyiblər. Əksinə, öz istedadları, zəhmətləri və işlədiyi yerdə qazandıqlarınüfuzla hamının yadında qalıblar. Əlbəttə, istedad Allah tərəfindən verilir. Mənimdüşüncəmlə ən böyük istedad İnsanlıqdır! Adamlıqdır! İnsanlıq və Adamlıq olanyerdə işıq olur, səmimiyyət olur və həyat sevgisi olur. O sevgi ki, ona hamınınehtiyacı var...

Mahmud Qacaq təkFüzulidə deyil, Azərbaycanda tanınan, seçilən istedadlı şairlərdən və böyükziyalılardan biridir. Aman Allah, insan nə qədər tərbiyəli, insan nə qədər əxlaqlıvə insan nə qədər gözütox olar! Allah-Təala Mahmud Qacarı sevdiyinə görə, onabu dediyim hər şeyi qismət eləyib. Və mənə görə Mahmud Qacar dünyanın ən varlı,ən zəngin, ən dövlətli adamıdı. Dünyanın ən varlı adamını mən tələbəlik illərindəntanıyıram. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsindəmən I kursda oxuyanda Mahmud Qacar səhv eləmirəmsə, IV kursda oxuyurdu. Özü dəelə-belə tələbə deyildi. Dərs əlaçısıydı və qrup nümayəndəsiydi. Jurnalistikafakültəsində hər tələbəni qrup nümayəndəsi təyin etməzdilər. Onun ya həyat təcrübəsiolmalıydı, ya yüksək balla ali məktəbə qəbulolmalıydı, ya da dərs əlaçısı çıxmalıydı. Təbii ki, Mahmud müəllimdə budediyimiz elementlərin hər biri vardı. Bəzən yuxarı kursda oxuyanlar bizəyuxarıdan aşağı baxar və saymazyana yanaşardılar. Amma Mahmud Qacar aşağıkursda oxuyanlara o qədər isti münasibət bəsləyirdi ki, bu mənə şəxsən ləzzəteləyirdi. Hətta öz sevgi və məhəbbətini gizlətməz, hansı çətinliklə üzləşdiyimizləmaraqlanardı. Bax, budur İnsanlıq... bax, budur Səmimiyyət... bax, budur Sadəlik...



... O harda işləyibsəvə harda çalışıbsa, çox böyük hörmət və nüfuz qazanıb. Uzun müddət Füzulidəçıxan "Araz” qəzetində işləyib. Bir hadisə danışacam, heç bunu onun özünə dədeməmişəm. Ötən əsrin 80-ci illərində Mahmud Qacar müxbir kimi Bəhmənliyə gəlir.Bəhmənlidə də mənim atam məsul vəzifədə işləyib. Mahmud gəlib onunla görüşür. Sabir adınakolxozdan pambıq yığımı ilə bağlı reportaj hazırlayır. Atam da çıxarıb onuncibinə pul qoyur. Bunu görə kimi Mahmud puldan imtina edir. Deyir Qismət əmi, məno pulu götürə bilmərəm. Heç Mahmud da bilmir ki, ona pul verən kişi mənimatamdı. Sonradan atam deyir ki, bəs mənim də oğlum jurnalistdi. Adımı biləndənsonra Mahmud deyir ki, oğlunu yaxşı tanıyıram. Kişi nə illah eləyirsə, Mahmudpula yaxın durmur. Sonra atam bu hadisəni mənə danışdı. Dedi ki, Mahmud Qacar kəndimizəgəlmişdi, nə illah elədim nə pul götürdü, nə çörək yeməyə getdi. Hələ mən belətəmiz jurnalist görməmişəm. Bax, Mahmud Qacar öz ləyaqətini, qürurunu,jurnalist adının təmizliyini belə qoruyub.

... Tez-tez mənəzəng edir. Yazılarımla bağlı çox dəyərli fikirlərini səsləndirir. Sözün açığı,o hər dəfə zəng edəndə məni utandırır.Çünki Mahmud Qacar məndən də qat-qat istedadlı, təmiz və səmimi ziyalıdı. Onunməndən heç bir asılacağı yoxdu. Sadəcə olaraq, o qədər böyük ürəyi, o qədərböyük qəlbi var ki, hər hansı bir yazını oxuyub xoşu gələndə mənə telefon açır.Mən də sözün açığı, onun bu böyüklüyü və səmimiyyəti qarşısında aciz qalıram.Düşünürəm ki, ilahi, insan bu qədər də tərbiyəli, mədəni, səmimi olarmı?Allahaand olsun, hər dəfə mənə zəng edəndə onun qarşısında baş əyirəm. Deyirəm ki,Mahmud Qacar, mənim yazdıqlarım heç sənin bir misrana dəyməz. Amma o da təvazökarlıqedərək deyir ki, hər çiçəyin, hər gülün öz ətri olduğu kimi, hər müəllifin dəöz oxucusu, öz izləyəni var. Bax, Mahmud Qacar belə bir ürəyin, belə bir qəlbinsahibidi...

Mən inanmıramki, Mahmud balaca bir uşağın da qəlbini qıra bilər... Mən inanmıram ki, Mahmudbaşını qaldırıb tanımadığı bir xanıma baxa bilər... Mən inanmıram ki, Mahmudkiminsə haqqına girər... Çünki dünyanın ən təmiz, ən əxlaqlı, ən saf adamıdıMahmud Qacar! O, adamla danışanda sıxıla-sıxıla, utana-utana söhbət eləyir...O, adamla danışanda elə ehtiyatla söz açır ki, sanki kiminsə qəlbinə dəyə bilər...O, adamla danışanda düz sənin gözünün içinə baxar və gözünün içindəki duruluğu,təmizliyi görmək istəyər... Axı, o özü çox duru, təmiz, əxlaqlı ziyalıdı.Ziyalı sözünü xüsusilə vurğulamaq istəyirəm. Ən azından ona görə ki, bu gün cəmiyyətimizdəbu cür işıqlı, mənəviyyatlı və dəyərli ziyalılar çox azdı. Ona görə də cəmiyyətimizinişığı azalıb, qaranlığı çoxalıb...

Böyük Vaqif Bəhmənlininbelə bir deyimi var: "Mən sağlında Allahına qovuşan yeganə şairəm, başqalarıyalan deyir...”. Vaqif qardaşımızın səmimiyyətinə tamamilə inanıram. Çünki oözü də göy üzü kimi təmiz, saf və duru şairdi, ziyalıdı. Elə düşünürəm ki,Mahmud Qacar da sağlığında Allahına qovuşan şairlərdəndi. Mən inanmıram ki,Mahmud Qacar adi bir qarışqanı tapdalayıb keçsin... mən inanmıram ki, Mahmud Qacar kiminsəhaqqına girsin... mən inanmıram ki, Mahmud Qacar balalarına, övladlarına haramçörək yedirtsin...

... O, bu yaşa qədərvə bu həddə qədər Allahın köməkliyilə gəlib çatıb. Ola bilər həyatı bir azsıxıntılı olsun, dolanışıq sarıdan çətinliklər yaşasın. Amma o, ləyaqətini,qürurunu, mənliyini heç vaxt ehtiyacı olsa belə nəyəsə dəyişməyib. Bu çətin vəmürəkkəb zamanda əxlaqını, ləyaqətini və şərəfini qoruyub saxlaya bilib. Yənionu 40 il bundan öncə necə tanımışamsa, həmin Mahmud Qacardı. Həyatın sərt üzü;şaxtası, tufanı, boranı, çovğunu qarşısında sal qaya kimi dayanıb və heç kimə əyilməyib!Daha doğrusu, onu nə ehtiyac, nə çəkdiyi sıxıntılar sındırmağı bacarıb. Eşqolsun belə böyük ziyalıya, belə şairə, belə jurnalistə!

Sonda MahmudQacarın bir şeirilə yazıma nöqtə qoymaq istəyirəm. Deyirəm ki, ustad, Allah səninbalalarını və nəvələrini qorusun! Həmişə alnı açıq, başı uca olmusan, indənsonrakı ömrünü də elə-belə yaşayasan: ləyaqətlə, şərəflə, qürurla!

Tanıya bilmədi

Bakıdabazarların birində gənc qız əlində bir dəstə bənövşə satırdı. Doğma Qacardaağac kölgəsində bitən boynu- bükük bənövşəni görən kimi mən onu tanıdım. Amma bənövşəməni tanımadı...

..Gah ona, gah onu satana baxdım,
Ömrün yurdsuz keçən saatına baxdım.
Üzünə utana-utana baxdım,
Tanıya bilmədi bənövşə məni.

İstədim fəryadla: "Bu mənəm" - deyəm,
"Dərdindən partlayır bu sinəm!" - deyəm.
"Bəri bax, başına mən dönüm!" - deyəm,
Tanıya bilmədi bənövşə məni.

Kol dibində bir könüllü şah idi,
İlk eşqimin, heyrətimin şahidi...
Kaş duyaydı ahım necə ah idi -
Tanıya bilmədi bənövşə məni.

Bu görüş nə acı bir görüş idi -
Yaz günündə o bu qədər üşüdü.
Zaman bizi ucalıqdan düşürdü -
Tanıya bilmədi bənövşə məni.

Kökündən qopanı - qaçanı görüb,
Şəhər havasına uçanı görüb...
Qacarı, Şuşanı, Laçını görüb -
Tanıya bilmədi bənövşə məni.

Üzüdönük o olmadı, mən oldum,
Eşqi sönük o olmadı, mən oldum.
Sinəyə yük o olmadı, mən oldum -
Tanıya bilmədi bənövşə məni.

El-obasız perikibdir yuxusu,
İşğal altda at oynadır qorxusu.
Öləziyib o əzəli qoxusu -
Tanıya bilmədi bənövşə məni.

Dağlı könlün düzə, dağa haqqı var,
Qalıb gendən baxa-baxa haqqı var...
Çox gözləyib, unutmağa haqqı var,
Tanıya bilmədi bənövşə məni.


TƏQVİM / ARXİV