adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Dekabr 2019 10:04
15247
HADİSƏ
A- A+

Azərbaycanda polis mayoru bıçaqlandı

Tərtər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Modern.azxəbər verir ki, hadisə rayonun Buruc kəndində qeydə alınıb.

Kənd sakini, 1973-cü il təvəllüdlü Seyhun Nəcəfov sərxoş vəziyyətdə yaşadığı evə gələrək qardaşı Arif Nəcəfovla mübahisə edib. Hadisə yerinə Tərtər Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru Elçin Aslanov gələrək mübahisəni sakitləşdirməyə çalışıb. Sərxoş olan S.Nəcəfov sakitləşməyib polis əməkdaşına hücum edərək ona 5 bıçaq zərbəsi vurub. E.Aslanov xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb və S.Nəcəfov şübhəli şəxs qismində saxlanılıb.