adalet.az header logo
  • Bakı 13°C
26 Dekabr 2019 16:40
9433
GÜNDƏM
A- A+

Qaxda yol qəzası: 1 ölən var

Qax rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Adalet.az-ın məlumatına görə, hadisə rayonun Qax-Qorağan yolunun 1-ci kilometrliyində qeydə alınıb.

Yevlax rayon sakini, 1991-ci il təvəllüdlü İsgəndərov Mais Ramiz oğlu "VAZ 2107" markalı 20 CL 540 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı qoz ağacına çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişin, Yevlax rayon sakini 1992-ci il təvəllüdlü Əlizadə Cəsarət Vəliş oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı araşdırma aparılır.