adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Dekabr 2019 15:22
10515
HADİSƏ
A- A+

Sosil şəbəkədə qadınların kişini döyməsi ilə bağlı yayılan videoya MÜNASİBƏT

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Ağcabədi rayonunda iki qadının küçənin ortasında kişini döyməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır.

Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Qeyd edək ki, sosial şəbəkələrdə Ağcabədi rayonunda iki qadın və bir kişinin küçənin ortasında Kommunal Təsərrüfat Birliyinin işçisini döyməsi ilə bağlı görüntülər yayılıb.