adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Dekabr 2019 14:20
6649
HADİSƏ
A- A+

Bakıda məktəbdən 3 ədəd noutbuk oğurlayan şəxs saxlanıldı

Xətai rayon ərazisindəki tam orta məktəblərdən birinin sinif otağından 3 ədəd noutbuk oğurladığı üçün şübhəli şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan Y.Rzayevin ətrafında Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki tam orta məktəblərdən birinin sinif otağından 3 ədəd noutbuk oğurlaması da müəyyən edilib.