adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Dekabr 2019 11:16
73278
MƏDƏNİYYƏT
A- A+

Məcburi köçkünlərin iştirakı ilə bədii-musiqili tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: "Xalqımızı xalq kimi, millət kimi qoruyub saxlayan bizim ənənələrimiz olub, tariximiz olub, ədəbiyyatımız, ana dilimiz və mədəniyyətimiz olubdur. Mədəniyyət, ədəbiyyat, milli musiqi, ana dilimiz tarixi keçmişimizdir – biz bu sahələrə böyük diqqət göstərməliyik”.

Bu gün dövlət qayğısı sayəsində milli mədəniyyətimiz hərtərəfli inkişaf edir. Prezident İlham Əliyevin kino, teatr, musiqi, tətbiqi sənət, tarixi abidələrin qorunması və bərpası ilə bağlı imzaladığı dövlət proqramları uğurla icra edilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva Azəraycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində mühüm işlər həyata keçirir.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzi və "Mədəniyyət” telekanalının dəstəyi ilə keçirilən bədii-musiqili yaradıcılıq tədbirində məlumat verilib.

Tədbirin məqsədi Qarabağın mədəni mühitinin tarixi ənənələrini və inkişaf istiqamətlərini nümayiş və təbliğ etmək, bu sahədə məcburi köçkünlərin yaradıcılıq imkanlarını artırmaq və stimullaşdırmaqdır.

Tədbirdə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, hökumət təmsilçiləri, milli qəhrəmanlar, şəhid ailələrinin üzvləri, müharibə əlilləri və veteranları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, məcburi köçkünlər iştirak ediblər.

Sonra Muğam Mərkəzinin tamaşa zalında Qarabağ muğam məktəbi yetirmələrinin konserti keçirilib.

Tədbir iştirakçıları doğma Qarabağımızın mədəni mühitinin təqdim olunduğu belə tədbirlərin bir gün işğaldan azad edilmiş yurd yerlərimizdə də keçiriləcəyinə əminliklərini ifadə ediblər.