adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Dekabr 2019 10:15
29545
ELM VƏ TƏHSİL
A- A+

Dillər Universitetində Mao Tszedunun nəzəri irsi müzakirə edilib

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin dövlətinin yaradıcısı Mao Tszedunun anadan olmasının 126-cı ildönümünə həsr olunmuş "Çində ictimai-siyasi fikir" elmi-tələbə seminarı keçirilib.

Adalet.az-ın məlumatına görə, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Mao Tszedunun inqilabi dövrünün dövlət quruculuğu və iqtisadi islahatlar üçün möhkəm əsas yaratmağa imkan verdiyini deyərək, ÇXR-in uğurlu uzunmüddətli inkişafı üçün Mao Tszedunun balanslaşdırılmış iqtisadi artım və sosial bərabərlik ideyalarının aktual olduğunu vurğulayıb. Seminarda çıxış edən ADU-nun tələbələri Mao Tszedunun fəlsəfi və sosial-siyasi baxışları, Çinin ənənəvi siyasi təlimlərinin Mao Tszedunun nəzəri əsərlərinə təsiri və onun "üç dünya" konsepsiyasının tarixi mənbələrindən danışıblar.