adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
26 Dekabr 2019 09:55
10272
GÜNDƏM
A- A+

“Oqtay Gülalıyev artıq gözünü açır”

Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində müsbətə doğru dəyişiklik var.

Azvision.az -ın məlumatına görə, hüquq müdafiəçisinin xanımı Firuzə Gülalıyeva bildirib ki, bir həftədən çoxdur onun hərarəti yüksəlmir, böyrəklərində kreatinin səviyyəsi azalıb və daha rahat nəfəs alır:

"Oqtay artıq sağ gözünü açır. Həkimlərin sözlərinə görə, komadan ayılma ehtimalı artır, amma buna hələ zaman lazımdır”.

Xatırladaq ki, Oktay Gülalıyev oktyabrın 29-da Bakının 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi "Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da O.Gülalıyev cərrahi əməliyyat olunub. O, daha sonra Türkiyəyə yola salınıb.

Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsini öz üzərinə götürüb. Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Fond Oktay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həlli ilə məşğul olur.