adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Dekabr 2019 18:04
12504
MƏMLƏKƏT
A- A+

Prezident Salyana üç milyon manat ayırdı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Salyan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bununla bağlıAZƏRTACməlumat yayıb.

Sərəncamla Salyan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 3 milyon manatı "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.