adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Dekabr 2019 16:36
11673
MƏMLƏKƏT
A- A+

Ağdamda bulaq və subartezian quyusu istifadəyə verilib

Quzanlı qəsəbəsində "Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin təşəbbüsü və maliyyə dəstəyi, həmçinin Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə tikilən bulağın və yeni qazılan subartezian quyusunun açılışı olub.

Adalet.az-ın məlumatına görə, rayon ictimaiyyətinin və qəsəbə sakinlərinin iştirak etdiyi mərasimdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədova, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, "Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov və başqaları çıxış edərək, sakinləri subartezian quyusunun və bulağın istifadəyə verilməsi münasibətilə təbrik edib, xeyriyyə tədbirini yüksək qiymətləndiriblər.

Bildirilib ki, bundan əvvəl də Ağdam rayonunun Quzanlı, Bənövşələr qəsəbələrində və Əhmədağalı kəndində İctimai Birlik tərəfindən qazılmış subartezian quyuları və bulaqlar istifadəyə verilib.

Qəsəbə sakinləri xeyirxah işə görə təşkilatçılara təşəkkür ediblər.