adalet.az header logo
  • Bakı 19°C
25 Dekabr 2019 16:22
39298
KRİMİNAL
A- A+

Gürcüstandan 2500 ədəd pirotexniki vasitə keçirməyə cəhd edən şəxs saxlanıldı

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Vaz-2106" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı kinoloji xidmət itinin reaksiyası nəticəsində saxlanılıb və şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı avtomobilin arxa və ön qapılarında 2500 ədəd üzərində "Bird Egg Cracker" yazılan pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.