adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Dekabr 2019 15:09
5128
MƏMLƏKƏT
A- A+

Qusarda “Sosial sahibkarlıq-region gəncləri üçün yeni imkanlar” adlı layihəsi çərçivəsində tədbir keçirildi

"Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyi dekabrın 5-də Qusar rayonunda tədbir keçirib. Gənclər Fondunun maliyyə dəstəyi ilə "Sosial sahibkarlıq-region gəncləri üçün yeni imkanlar” adlı layihə çərçivəsində reallaşan tədbirdə QHT rəhbərləri və region gəncləri iştirak edib. Tədbirdə çıxış edən İctimai Birliyin sədri Etibar Əsəsdov ölkəmizdə sosial sahibkarlıqla bağlı görülən işlərdən danışıb. Bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə bu sahə üzrə ciddi nailiyyətlər əldə olunub. Keçirilən bu tədbir də gənclərin sosial sahibkarlıqla bağlı ciddi maariflənməsinə yönəlib.

Təlimçi Asif Ələsgərli layihə barəsində geniş məlumat verib. Bildirib ki, layihənin məqsədi gənclərin sosial sahibkarlıq sahəsi üzrə maarifləndirilməsindən ibarətdir. Bu məqsədə çatmaq üçün Gəncə, Şəmkir, Cəlilabad, Masallı, Qusar və Quba rayonlarında tədbirlər keçiriləcək. O, cümlədən layihə çərçivəsində çap olunmuş "Sosial sahibkarlıq-region gəncləri üçün yeni imkanlar” adlı kitabça da tədbir iştirakçılarına pulsuz paylanacaq.

A.Ələsgərli sosial sahibkarlıq və onun yaranması tarixindən danışıb. Bildirib ki, sosial sahibkarlıq ilk dəfə Banqladeş kimi kasıb bir ölkənin vətəndaşı, Nobel sülh mükafatı laureatı olan Muhamməd Yunus tərəfindən yaradılıb. Sosial sahibkarlığın təsisçisi olan M.Yunus həmçinin "Gramer Bank”-ın təsisçisidir.