adalet.az header logo
  • Bakı 21°C
25 Dekabr 2019 13:10
6890
HADİSƏ
A- A+

Binəqədidə yol qəzası - “KamAZ” azyaşlını vurub öldürdü

Binəqədi rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, dekabrın 24-də saat 15 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Q.Məhərrəmov idarə etdiyi "KamAZ” markalı avtomobillə yolu keçən qəsəbə sakini 9 yaşlı Əkbər Şirəliyevi vurub və nəticədə azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.