adalet.az header logo
  • Bakı 20°C

Daha bir Ərəbistan rəzaləti – Emin Çölaşan yazır

14571 | 2019-12-25 13:01

Sevgilioxucularım, keçənilinoktyabrayında İstanbuldaqorxuncbircinayəttörədildi. Oğru rejiməmüxalif olan Səudiyyə Ərəbistanı vətəndaşı Camal Qaşıqçı İstanbuldakıkonsulluğun binasınada vəhşicəsinə öldürüldü.

Cinayəti törədənlərin hamısı ölkələrindən İstanbulagöndərilən Səudiyyə Ərəbistanının rəsmi nümayəndələri idi.

Adamı tələyəsaldılar.

Evlilik üzrərəsmi işləri yerinə yetirmək üşün onu konsulluğa çağırdılar. Sonra isə təkləyinöldürdülər.

Bu bir dövlətcinayəti idi.

Və dünyatarixində belə bir qətl heç vaxt baş tutmamışdı.

★★★

Keçən ilinotyabr ayına yollanaq və hadisəni qısaca xatırlayaq.

Adamınkonsulluğa gələcəyi tarix və saat bəllidir.

Bir günəvvəldən (və xüsusi təyyarələrlə) qatil qrup yola çıxıb İstanbula gəlir.

Qatil qrupkonsullluğun binasında pusquda durur.

O gün günortadan sonra konsulluğun türk işçilərinə heçnədənbir gün icazə verilir ki, Qaşıqçının fəryadlarını və qışqırıqlarınıeşitməsinlər.

★★

Professionalkomanda çox qəribə adamlardan ibarətdir. Biri meyit üzərində tibbi ekspertiza aparan adamdı.

Cinayətdənsonra sümüklərini kəsib-doğrayacaq, cəsədi yox edəcəkdi.

O birisihəkimdir.

Qurbanı iynəilə yatırtmaq onun işidir.

Komandanınbütünü Kral Salman və Səudiyyə Ərəbistanı idarə edən oğrunun güvəndiyiişçiləridir.

★★

Cinayət törədilir, Qaşıqçı öldürülür.

Konsulluq binasından çıxmayanda onu çöldə gözləyənnişanlısı araya girir, bizim təhlükəsizlik gücləri hadisədən xəbərdar olur,falan, filan...

Səudiyyəlilər bizim polisə konsulluq binasındaaxtarışa icazə vermir. Ekranlarda da gördük, o ərəfədə binaya əl arabalarındatəmizlik maddələri aparan ləkə çıxaranlar gəlir.

Qan izləri yaxşıca təmizlənir.

Aradan günlər keçir, bizim polisə axır ki binalaragirib bəlli şöbələrdə axtarış aparmaq izni verilir, amma artıq çox gec idi.

★★

Və nəticə bəlli!

Cəsəd yoxdu!

Adamı öldürdükdən sonra necə yox elədilər? Yanlarındagətirdikləri xüsusi dərmanlarlamı əritdilər? Baxçadakı dərin quyuyamı atdılar?Cəsədin qalıqlarını təyyarələrinə qoyub Ərəbistanamı apardılar? Heç bir şey bugünə qədər bəlli olmadı.

★★

Qatillərdənbiri olan və hadisənin başdan sonuna kimi orada olan baş konsul aradan çıxdı.

O biriqatillər də gözlərimizin önündə aradan çıxmağı bacardı və özümüzlə baş-başaqaldıq.

Çoxuzatmayaq, bütün dünyadan gələn reaksiyalar səbəbilə Əərəbistan bu qatillərinmühakimə olunacağını açıqlamaq məcburiyyətində qaldı. Və məhkəmənin qərarıaçıqlandı:

Beş edam vəüç adama 24 il həbs cəzası.

Qərar bütünlüklə uydurmadır. Baş konsul və meyidiyaran işin içində yoxdu. Səudiyyəsəlahiyyətlisi isə belə dedi:

"Öncədənhazırlanmış cinayət deyil. Cinayətdə ani qərar verilib. Komandanın başçısıbinanı gözdən keçirdikdən sonra qurbanı aparmağa etiobarlı bir yer olmadığınıgörüb, aralarında danışıb qurbanın konsulluğun binasında qətlə yetirilməsinəqərar veriblər”.

Bəs yaxşı, qatillər kim idi və kimlər cəzalandırıldı?

Səudiyyəoğruları bu suallara cavab vermir. Amma daha vacib bir sual var:

Cəsəd hardadı?Cəsədin axırı necə oldu?

Bu sualın da cavabı yoxdur.

Torpaqlarımızdabir dövlət cinayəti törədildi, sonrasını isə əli-qolu bağlı izləməyə məcburolduq.


Dilimizə uyğunlaşdıran Eminquey

TƏQVİM / ARXİV