adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Dekabr 2019 11:01
8159
GÜNDƏM
A- A+

Baş Dövlət Yol Polisi İdarəsinin növbəti təbliğat-təşviqat və maarifləndirmə tədbiri baş tutub

Baş Dövlət Yol Polisi İdarəsinin növbəti təbliğat-təşviqat və maarifləndirmə tədbiri baş tutub.

Bakı Dövlət Yol Polisi İdarəsindən Adalet.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Gəncə şəhərində keçirilmiş regional müşavirədə iştirak edən Daxili İşlər Nazirliyinin Bakı Dövlət Yol Polisi İdarəsinin təmsilçisi, polis polkovnik-leytenantı M.Ağayev ölkəmizdə həyata keçirilən müvafiq Dövlət Proqramının tələblərinə əsasən uşaq və yeniyetmələr arasında aparılan təbliğat-təşviqat və maarifləndirmə işlərinə həsr olunmuş məruzə ilə çıxış edib.

Bu barədə, "AZƏRBAYCAN MÜƏLLİMİ” qəzetinin 20 dekabr 2019-cu il tarixli buraxılışında və Təhsil Nazirliyinin rəsmi internet səhifəsində geniş məlumat dərc olunmuş, şəkillər paylaşılıb.