adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
25 Dekabr 2019 10:53
32468
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: SUSMA...

Mənə yuxunu danış

Vergülünü unutma...
Kirpiyinin ucunu -
Mən öpmədən qurutma!..

Xəyalını pıçılda
Asılım qanadından...
Ürəyimdə puçurla -
Məst olum inadından...

Mənə arzunu söylə
Dinləyim dua kimi...
Keçsin, sən elə eylə -
İçimdən şüa kimi...

Mənə istəyini de
Susma, danış baxışla...
Səni , dəli tək öpdüm -
Küsmə, dəli, bağışla!