adalet.az header logo
  • Bakı 18°C
24 Dekabr 2019 17:33
14223
MƏMLƏKƏT
A- A+

Bakı Dövlət Universitetindən tələbələrin etirazına REAKSİYA

Bakı Dövlət Universiteti (BDU) 2 saylı korpusun binasında "Pulsuz təhsil” şüarı əks olunan şəkil sosial şəbəkələrdə paylaşılıb.

Modern.azsaytı məsələni dəqiqləşdirmək üçün Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimova ilə əlaqə saxlayıb. O saytımıza açqılamasında məsələyə qısa olaraq cavab verib:

"Hazırda məsələ araşdırılır. Tam araşdırılandan sonra ətraflı məlumat veriləcək”

Xatırladaq ki, sosial şəbəkələrdə BDU-nun 2 saylı korpusunun fasadından "Pulsuz təhsil” şüarı yazılmış plakatın asıldığını əks etdirən foto yayılıb.6-cı mərtəbənin pəncərəsindən endirilən afişa Şərqşünaslıq fakültəsinin bir qrup tələbəsi tərəfindən hazırlanıb.Həmin şüarı hazırlayan tələbələr hazırda dərslərini davam etdirir.