adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 Dekabr 2019 17:02
11657
GÜNDƏM
A- A+

Azərbaycanda iki qanun ləğv edilib

Prezident İlham Əliyev "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 28 dekabr tarixli 1442-VQD nömrəli və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 28 dekabr tarixli 1443-VQD nömrəli Azərbaycan Respublikası qanunlarının ləğv edilməsi haqqında qanunu imzalayıb.

Adalet.az xəbər verir ki, sənədə əsasən, "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və ""İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunları ləğv edilib.

Qeyd edək ki, bu qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.