adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Dekabr 2019 09:23
35855
ƏDƏBİYYAT
A- A+

Övladlarınızı nəvazişdən məhrum etməyin

XIII əsrdə alman kralı II Fridrix bilmək istəyirdi ki, əgər uşaqlar anadan olan gündən onlarla heç kim ünsiyyət qurmasa hansı dildə danışacaqlar. Bu məqsədlə uşaqlara baxanlara əmr verir: uşaqlara lazımı qulluq edin, yedizdirin, çimizdirin, lakin onlarla danışmayın. Kral istəyinə çata bilmədi, çünki onların hamısı öldü. Sonradan araşdırdılar ki, uşaqlar qayğıkeş, mehriban sifətlərdən və onlara baxanların nəvazişli sözlərindən məhrum olduqlarına görə ölüblər.

Azad Mirzəcanzadənin "XXI əsrə aparan yol" kitabından.