adalet.az header logo
  • Bakı 16°C
26 Dekabr 2019 09:15
23489
SAĞLAMLIQ
A- A+

Vaqif Qarayev: Yaxşı olar ki, gənclərimiz ailə qurmaq fikrinə düşməmiş...

Bu ilin 11 ayı ərzində nikaha daxil olmaq üçün 126 402 nəfər müayinədən keçib....43 cütlükdə talassemiya daşıyıcılığı aşkar olunub...

297 nəfərdə sifilis, 137 nəfərdə isə QİÇS aşkar olunub...

Talassemiya daşıyıcılığı genetikdi...bununla işimiz yox....amma yaxşı olardı ki, bu problem VVAQ-ın kandarında yox, uşaq yaşlarında aşkar olunsun....yəni uşaqlar vaxtında müayinə olunsun... 137 nəfər QİÇSli insanların hamısı cinsi yolla yoluxubmu? Bunu iddia edə bilmərik! Amma 297 nəfər sifilisə yoluxub...Niyə? Sifilisli, QİÇSli məhəbbət olur? Doğulacaq uşaqların həyatını riskə atmırıqmı? Fiziki qüsurlu insanlarla ailə quranlar var...bunlar hər cür hörmət və ehtirama layıqdi!!! Amma gələcək nəsli yoluxdurma ehtimalı yüksək olanlarla ailə qurulsunmu?

Yaxşı olar ki, gənclərimiz ailə qurmaq fikrinə düşməmiş tibbi müayinədən keçsinlər(VVAQ-da yox!) ...həm bu xəstəliklər, həm də sonsuzluq yarada biləcək problemlər aşkar olunsun...

Sağlam olun!