adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Dekabr 2019 08:55
16579
SAĞLAMLIQ
A- A+

HƏKİM MƏSLƏHƏTİ

Qrupların birində paylaşım: uşaq dərman ampulasını sındırıb. İçib-içmədiyini bilmirəm, nə edim?
Belə müraciətlər tez-tez olur. Şübhəlisinizsə uşağın vəziyyətindən asılı olmayaraq mütləq həkimə müraciət etsəniz yaxşıdı...

Əslində dərmanlar uşaq üçün əlçatan yerdə olMAmalıdı! Evdə yaşlı adamların gündəlik qəbul etdiyi dərmanları uşaqlar heç görməsə daha yaxşıdı! İndi demək olar ki, hər evdə müxtəlif tərkibli sakitləşdiricilər var...uşaqlardan uzaq tutun...
Məişətdə işlədilən kimyəvi tərkibli müxtəlif vasitələri...kosmetik vasitələri də uşaqlar tapa bilməsə yaxşıdı..

Yoxsa...yoxsa zəhərlənəcəklər..bəzən nəticə də xoşagələn olmur! Təkrar edirəm- istənilən halda təcili həkimə müraciət edin!