adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
24 Dekabr 2019 11:17
37701
ƏDƏBİYYAT
A- A+

Uşağın uşağı olmaz - Nəhayət Şirinova yazır

(Quba)

Azərbaycan xalqının ailə modeli nəinki Qərbdə, həm də Şərqdə unikal hesab olunan bir ailə modelidir və yaşadığımız cəmiyyətin əsasını təşkil edir. Azərbaycan ailəsinin mənəvi-mədəni ucalığı ilə yanaşı hər bir cəmiyyətdə olduğu kimi müəyyən problemləri də var. Bu problemlərdən biri və mən deyərdim ki, birincisi, erkən nigah problemidir. Mən mütəmadi olaraq bu məsələlərlə bağlı araşdırmalar aparıram və hiss edirəm ki, bu mövzu məni zaman keçdikcə daha çox narahat edir.

Gəlin açıq danışaq,-erkən nigah cəmiyyətin problemidir, yoxsa bilərəkdən etdiyimiz günahlardan biridir? Erkən nigahın baş verməsinin əsas səbəbi nədir və hansılardır? Bunların nə kimi fəsadları var? Bunun cəmiyyətimizə olan yan təsirləri hansılardır? İnanın ki, bu məsələləri diqqətlə araşdırsaq sonsuz sayda səbəblərin ortaya çıxacağının şahidi olacağıq.

Əslində səbəb kimi valideynin öz uşağına olan zorakılığı, valideynin qız övladlarını tez ərə vermək istəyi, maddi çətinliklər, sosial durumun zəif olması, gənc qızların dəbə aludə olması və digər faktları qeyd edə bilərik. Mən isə öz subyektiv fikrimi əsasən cahillikdə, uşaqların təhsildən yayınma hallarında görürəm. Bir gənc təhsil alarkən, xüsusiylə də qızla, ilk öncə onun intellekt səviyyəsi, düşüncəsi inkişaf edir və bu yol onu daha gözəl arzulara aparır, gələcəyini uğurla qurmağa istiqamətləndirir. Və beləliklə təhsil alan hər bir gənc öz növbəsində bir arzuolunmaz erkən nigahı məhv etmiş olur.

Əyalətlərdən birində yaşlı bir kişinin narahatçılıq keçirmə səbəbini araşdırarkən esitdiyim fikirlər bunlar oldu. Aılədə altı qız övladı böyüyürdü. Baba isə onların təhsil almalarının tərəfdarı deyildi. Mən bunun səbəbini sorusanda dedi ki, qızım, oğlum təkdir və üstündə altı qız yükü var, mənə onların təhsili deyil, tez ərə getmələri lazımdır. Allah eləməmiş, qalarlar usağımın üstündə...Bax budur reallıq. İnanın ki, bir balaca bu isin izinə düşsək, yüzlərlə belə fakt üzə çıxacaq.

Erkən nigah problemini aradan qaldırmaq yollarını bəs nədə görürük? Qeyd olunan bu problemin aradan qaldirılmasinda ilkin addım yaradılan müəyyən icmalarda, təlim-tədris ocaqlarında, insanların sıx olduğu məkanlarda atılmalııdıır və bu proses sistemli şəkildə maarifləndirmədən keçməliir. Təbii ki, bu maarifləndirmə siyasətinə həm də bölgənin nüfuz sahibi olan şəxsləri, din xadimlərini, valideynləri, yerli özünü idarəetmə organlarının əməkdaşlarını cəlb etməliyik. Əslində erkən nigahın qanuni cəhətdən yolverilməzliyi haqqında bir cox fikirlər söylənməkdədir.Gəlin baxaq görək psixoloji nöqteyi- nəzərdən nələri aşılaya bilmişik. Axı bir erkən nigahın qurbanı olan bir gəncin yasadığı travma onun həyata baxışını dəyişir, depressiv bir vəziyyət yaşayır, düzgün qərar verməkdə çətinlik yaradır və psixoloji rahatsızlıq yaşaması səbəbindən insanın həyatı demək olar ki, deformasiyaya uğrayır. Və bu tip situasiyalarda təhsilsizliyin ən böyük maneə olduğu çox gec başa düşülür. Ona görə də təhsilin cox vacib bir amil olduğunu uşaqlara çox erkən yaşlarında aşılamaq gərəkdir. Ən azından ibtidai təhsilli bir xanım ilə orta məktəbi sonadək bitirmiş xanım arasında cox fərq ayrıntıları vardır. Övlad yetişdirmə prosesində bütün bunlar özünü biruzə verir. Təhsil cox önəmli və qlobal bir dəyərdir və bu dəyərə yiyələnmə səviyyəsi hələ də bizi qane etmir. Bununla belə günümüzdə bu məsələlərin üzərində çalışan insanlar yetərincə var, onların əməyi sayəsində layihələr icra

2015-ci ildə "Erkən nigahların qarşısının alınmasının gücləndirilməsi” ilə bağlı beynəlxalq konfrans keçirildi. Amma bu tip konfrans-seminar simpoziumların mütəmadi keçirilməsini məqsədə uyğun hesab edirəm. Bu yaxınlarda keçirilən diğər bir aksiya isə "Azərbaycan Fashion Week” də oldu və model səhnəyə erkən nigahlara etiraz əlaməti olaraq 40 kiloqramlıq geyimdə və geyimin üzəri bütünlükdə çılpaq gəlinciklərlə bəzədilmiş bir formada çıxdı...Biz bu isi aparan hər kəsi dəstəkləyir və uğurlar arzu edirik. Çünki, statistik göstəricilərə nəzər salarkən məlum olur ki, il boyu ölkəmizdə beş minə qədər gənc qız ailə qurur və bunların da cox hissəsi arzuolunmaz sonluqla nəticələnir. Baş alıb gedən bosanmalar, boşanmadan sonrakı fəsadlar, ortada qalan günahsız uşaqlar...

Bu yaxında parlaq gələcəyinə inandığım bir gəncimizin sözü mənı özünə çəkdi.Gəng dostumuz dedi ki, uşağın uşagı olmaz...İnanın ki, insanın vicdanı sizlayır.