adalet.az header logo
  • Bakı 12°C
24 Dekabr 2019 10:12
10375
GÜNDƏM
A- A+

Bu gündən psixoloqların diaqnostik qiymətləndirilməsinə başlanılır

Bu gündən dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanının keçirilməsinə başlanılır.

Təhsil Nazirliyindən Adalet.az-a verilən məlumata görə, imtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında keçirilir.

Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə 60 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.

İmtahanların keçirilməsi dekabrın 28-də yekunlaşacaq.

İmtahanlarda dövlət ümumi təhsil müəssisələrində işləyən 2700-ə yaxın psixoloqun iştirakı gözlənilir.

Psixoloqlar üçün diaqnostik qiymətləndirmədə iştirak məcburi deyil. Diaqnostik qiymətləndirmədə iştirak psixoloqların sonrakı fəaliyyətinə müsbət təsir edəcək.

Diaqnostik qiymətləndirmədən sonra da psixoloqların əmək haqlarının artımı məsələsi də müzakirə olunan vacib məsələlərdən olacaq.