adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Aqil ABBAS: ƏLLİ MİLYONLUQ AZƏRBAYCANIN PREZİDENTİ

AQİL ABBAS
55143 | 2019-12-25 10:00

Tariximizin yenidövr səhifəsində böyük hərflərlə müasir Azərbaycanın inkişaf strategiyası qeydolunubdu. Bu inkişafın rəhbəri, müəllifi və onu əzmlə davam etdirən Sizsiniz!Ulu Öndərimizin layiqli davamçısı olan cənab Prezidentimiz özünü həm ölkədaxilində, həm də onun hüdudlarından kənardagerçəkləşdirdiyi, həyata keçirdiyi layihələrlə, fəaliyyət proqramı ilə birmənalışəkildə hər kəsə göstərir ki, o, davamçısı olduğu kursa və bu kursun memarınalayiq bir ölkə rəhbəridir. Bu mənada biz son 15 ilin tarixini gözdən keçirəndədediklərimizin birbaşa şahidinə çevrilirik.

Sadəcə, birxronoloji ardıcıllığa diqqət yetirək. Onda görərik ki, cənab İlham Əliyev Azərbaycanprezidenti seçildiyi gündən yaşadığımız tarixə qədər ölkəmiz üçün, xalqımızüçün nə qədər işlər görüb. Həm neft-qaz sektoru sahəsində, həm qeyr-neftsektoru sahəsində aparılan böyük işlər, həmçinin aqrar sahədəki uğurlu islahatlar, sahibkarlığa artırılan diqqət,vergi, gömrük sahələrindəki "bir pəncərə” sisteminin tətbiqi, ordu quruculuğu,həmçinin hərbi büdcənin daha da artırılaraq müasir silah və döyüş sursatları ilətəminat, Fövqəladə Hallar, Daxili İşlər, bütünlükdə hüquq-mühafizə orqanları, məhkəməsistemi sahədində reallaşdırılan və zamanın tələbinə cavab verən dəyişikliklərfikrimizi təsdiq etmiş olur. Bununla yanaşı, cənab İlham Əliyevin rəhbərliyialtında mədəniyyət, idman, təhsil, səhiyyə sahələrində də həyata keçirilənbütün tədbirlər ölkə həyatının canlanmasına birbaşa xidmətdir.



Bu gün Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ vəişğal edilmiş torpaqlarımızın taleyi və qaçqınlar məsələsi cənab Prezidentindaim diqqət mərkəzindədir. Heç də təsadüfi deyil ki, hər birimizin Prezidenti olan cənab İlham Əliyev özünün 50illik yubileyini Ağcabədidə, Taxtakörpüdə qaçqın və məcburi köçkünlərlə qeydetdi. Həmişə öz sadəliyi, səmimiyyəti və qətiyyətilə seçilən ölkə rəhbəri yürütdüyüxarici siyasətdə də əzmkarlığını dəfələrlə nümayiş etdiribdi. Onun beynəlxalq tədbirlərdəetdiyi çıxışlar "Türkiyə prezidenti burada yoxdur, mən buradayam!” – deyərəkTürkiyənin mövqeyini birmənalı müdafiə etməsi Ermənistanın işğalçı siyasətini təkzibedilməzsübutlarla dünyaya çatdırması bugünkü Ermənistan rəhbərliyini, xüsusiləPaşinyanı dəfələrlə yerində oturtması təkcə bizim yox, həm də dünyanın gözləriqarşısında baş veribdi. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, görülən işlərdəcənab Prezident, Sizə ən böyük dəstək ölkənin birinci xanımı, Birincivitse-prezidentimiz Mehriban xanım Əliyevadan gəlibdi. Məhz Mehriban xanım Əliyevanınhər bir azərbaycanlı üçün gördüyü işlər böyük Azərbaycanımızın çiçəklənməsiyolunda Sizinlə həmfikir olmasına əyani sübutdur. Siz birlikdə Azərbaycanımızıuğurlara aparırsınız!

Söylədiyimiz buyığcam, lakin konkret faktlar bu gün də hər birimizin yadındadır və biz bütünbunlardan qürur duyuruq. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, cənabprezidentimizin yenə də öz ənənəsinə sadiq qalaraq ailə içərisində, ölkədaxilində xalqımızla birlikdə özünün ad gününü, 58 yaşını qeyd edir. Biz də onuürəkdən təbrik edir və hər birimizin Prezidentinə can sağlığı və Azərbaycanımıznaminə gördüyü işlərdə uğurlar diləyirik.

Doğum gününüzmübarək, cənab Prezident!



TƏQVİM / ARXİV