adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Dekabr 2019 16:17
11205
HADİSƏ
A- A+

Xaçmazda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Adalet.az-a verilən məlumata görə, Xaçmaz RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Gəncəli kənd sakini M.Manafov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 4 qrama yaxın, idarə etdiyi "Mercedes” markalı avtomobildən isə 449 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.