adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Dekabr 2019 15:00
11475
HADİSƏ
A- A+

Hacıqabulda yol qəzası - Bir nəfər öldü

Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Dekabrın 21-də saat 16 radələrində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində Ağdaş rayon sakini A.Ədilova idarə etdiyi "Toyota” markalı avtomobili aşırıb.

Nəticədə sərnişinlərdən Fuad Ədilov xəstəxanaya aparılarkən yolda ölüb, digər sərnişin isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.